Sahiblərini “udan” sirli MALİKANƏ: heç kəs ora girməyə cəsarət etmir

0
707

Sahiblərini "udan" sirli MALİKANƏ: heç kəs ora girməyə cəsarət etmir - MÖHTƏŞƏM FOTOLAR

Fransanın Pa-de-Kale şəhərində yerləşən dəbdəbəli malikanənin şəkillərinə bir baxış kifayətdir ki, onun əvvəlki sahiblərinin əla zövqü olduğunu başa düşəsən. Rahat mebel, ahəngdar dekor, zərif rəng tonları – bütün bunlar mülk sahiblərinin romantik təbiətli adamlar olduğunu göstərir. Bugün son 20 ildə boş qalmış malikanə simvolik qiymətə – cəmi 115 min funt sterlinqə hərraca çıxarılıb. Lakin onu almaq istəyən hələ tapılmayıb: səbəb onun sahiblərinin müəmmalı şəkildə yoxa çıxmalarıdır.

“Vacant Photography” psevdonimli internet istifadəçisi qəribə malikanənin şəkillərini şəbəkələrdə dərc edib. Bu unikal kadrlar binanın daxilindəki sirr pərdəsini müəyyən qədər açır. Gözəl interyer dərhal diqqəti cəlb edir, lakin daha diqqətlə baxanda sahiblərinin itkin düşməsi ilə bağlı dedi-qodunun uydurulma olmaması insanı düşündürür. Sual yaranır: necə ola bilər ki, ev sahibləri evi tərk edərkən özü ilə heç nə götürməyiblər? Hətta diş fırçasını belə? Çarpayının başında səhər yuxudan oyanarkən geyinməli olduğu ayaqqabılardan tutmuş, hər şey öz yerində qalıb. Sanki bu dəqiqələrdə evdə həyat var yaxud kimsə az öncə çıxıb və axşam qayıdacaq.

Hamamda tualet ləvazimatları və hətta geyimləri, girişdə asılqana asılmış gündəlik geyim, əlcək, pianonun üstündə not kitabçası, çarpayının yanındakı masanın üzərində qablar, bütün bu əşyalar o qədər canlıdır ki, sanki indi də evdə kimsə yaşayır. Mətbəxdə fotoqrafa ras gələn 1998-ci ilin təqvimi yeganə əşyadır ki, o vaxtdan bəri evdə heç kimin olmamasını təyin edir.

Dəbdəbəli malikanənin niyə 20 il boş qalması dəqiq məlum deyil. Yaxın ətrafdakı insanlardan keçən dedi-qodulara görə, malikanənin sahibləri müəmmalı şəkildə yoxa çıxıblar, 1998-ci ildə bir axşam onlar evdə idi, lakin nə səhər, nə də sonradan onları görən oldu.

Malikanənin otaqları müxtəlif cür qalıb: bəziləri demək olar ki, dəyişməyib, başqaları əksinə, köhnəlib. Məsələn, “çəhrayı otaq” adlandırdığımız otaq taxta döşəməsi və artıq 2 onilliyi özündə birləşdirməsinə baxmayaraq əla qalan çarpayısı ilə göz oxşayır.

Pa-de-Kale şəhərində 20 il boş qalan sirli malikanə

Особняк в Па-де-Кале, который пустует уже 20 лет.

Not kitabçası pianonun üstündə qalan musiqi otağı

Комната для музицирования.

20 il dəyişilməyən “Çəhrayı otaq”

Розовая спальня.

Canlı musiqi otağı

Ноты на пюпитре рояля.

Sanki malikanədə həyat davam edir

Кажется, что в особняке все еще таится жизнь.

Sahibləri evdən heç nə aparmayıblar

Прежние владельцы оставили дом, ничего не взяв с собой.

Dəhlizdən möhtəşəm görüntü

Роскошный особняк.

Otağın küncündə televizor

Раритетный телевизор в углу кабинета.

Çarpayının başında ayaqqabılar

У кровати оставлены туфли.

Səliqəli qonaq otağı

Уютная гостиная.

Vanna otağında hər şey olduğu kimi yerindədir

В ванной все осталось на своих местах.

Bəzi otaqlar illər keçdikcə zədələnib

Некоторые комнаты сильно пострадали за прошедшие годы.

Qonaq otağının ümumi görünüşü – masanın üzərində əşyalar olduğu kimi qalır

Общий вид гостиной.

Bu canlı və sirli malikanənin 20 il əvvəlki sahibləri haqda heç bir məlumat yoxdur

Судьба бывших владельцев особняка неизвестна.

Virtual.az

BIR CAVAB BURAXIN