Sahibkarlarla növbəti görüş Sumqayıt şəhərində keçiriləcək

0
944

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Sumqayıt şəhərində görüşü təşkil olunacaq. Aksiya Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 19-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.