Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində 15 yaşlı şagirdini zorlamaqda ittiham edilən tarix müəllimi Elnur Həsənağa oğlu İbrahimovnun polis tərəfindən saxlanıması barədə məlumatlar rəsmən təsdiqlənib.
Bu barədə məlumatı Modern.az saytına açıqlamasında Şamaxı rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Ağahəsən Balakişiyev təsdiqləyib.
Polis kapitanı bildirib ki, 15 yaşlı məktəbli qızı zorlamaqda təqsirli bilinən tarix müəllimi Elnur Həsənağa oğlu İbrahimov dünən axşam saatlarında saxlanılıb:
“Məktəblini zorlamaqda təqsirkar bilinən tarix müəllimi Elnur İbrahimov dünən axşam saat 4 radələrində Şamaxı rayon Polis Şöbəsini əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunan şəxs on istintaq aparılması üçün Şamaxı rayon Prokurorluğuna təhvil verilib”.
Polis kapitanı bildirib ki, artıq Şamaxı rayon Prokurorluğunda təqsirləndirilən müəllimlə bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanılıb:
“Fakt üzrə artıq cinayət işi açılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirlir. İstintaq hərəkətləri davam etdililir”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilmişi nəzərdə tutulur.
Əgər 15 yaşlı məktəbli qızı zorlamaqda təqsirkar bilinən bilinən tarix müəllimi Elnur İbrahimovun cinayəti sübuta yetirilsə, onu 3 il müddətində həbs gözləyir.
Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə saxlayaraq, zorlayıb.
Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kollec bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş.