Avropa İttifaqı (Aİ) liderləri dekabrın 13-14-də Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı məsələni müzakirə edəcəklər.
Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk mətbuata açıqlamasında deyib. O qeyd edib ki, sammitdə Azov dənizində davam edən gərginlik Aİ liderlərinin əsas diqqət mərkəzində olacaq: “Sammitdə Azov dənizi hövzəsindəki vəziyyət və Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması əsas müzakirə hədəfi olacaq. Bundan əlavə toplantıda Ərəb Ölkələri Liqası ilə Aİ arasında birgə keçirilməsi nəzərdə tutulan sammitlə bağlı da fikir mübadiləsinin ediləcəyi gözlənilir”.