Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq sentyabr ayının 13-də Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayır.
13 sentyabr, saat 09:30-da Ulu öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Bakıdakı Türk şəhidliyi ziyarət olunacaq.
Simpoziumun açılış mərasimi 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının dairəvi zalında (1-ci mərtəbə) olacaq.
Elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.