Saakaşvilinin xanımı Gürcüstanda hakimiyyətə gəlməyə çalışır

0
684

Sandra Rulofs – Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı oktyabrın 8-də keçiriləcək parlament seçkilərində “Vahid Milli Hərəkat” partiyasının seçki siyahısında ikinci olacaq.

Virtualaz.org bildirir ki, məlumatı TASS agentliyi yayıb.

Böyük siyasətə qoşulmağa qərar verən Rulofsun namizədliyi “Milli Hərəkat” partiyası tərəfindən Zuqdidi rayonundakı majoritar dairədən irəli sürülüb.

“Sandra Rulofs partiyanın proporsional siyahısında ikinci sırada təqdim olunacaq”, – deyə “Vahid Milli Hərəkat”ın bu gün yaydığı məlumatda bildirilir.

Parlament seçkilərində əsas rəqiblər hakim “Gürcü arzusu” və müxalif “Vahid Milli Hərəkat” partiyalarıdır. “Vahid Milli Hərəkat” partiyası Saakaşvili tərəfindən təsis olunub və 2012-ci il parlament seçkilərinə qədər doqquz il ölkəni idarə edib.

Xatırladaq ki, Saakaşvili hazırda Ukrayna vətəndaşıdır və Odessa vilayətinin qubernatoru vəzifəsini tutur.

BIR CAVAB BURAXIN