Saakaşvilinin oğlu Nikolaz donuz qripinə yoluxub

0
510

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin oğlu Nikolaz donuz qripinə yoluxub.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə hazırda ABŞ-da olan Mixail Sakaşvili özünün Tvitter səhifəsində yazıb. Bununla bağlı videomüraciətində Saakaşvili bildirib ki, oğluna donuz qripi diaqnozunu Tbilisi ətrafındakı Luqar laboratoriyasında qoyublar. Son məlumata görə, əksər tanınmış səhiyyə mütəxəssisləri Gürcüstanda yayılan donuz qripinə görə, Luqar laboratoriyasını günahlandırırlar.