Saakaşvili yenidən meydanda: İlk mitinqini keçirdi

0
629

11

Odessa qubernatorluğundan istefa verərək Yeni Qüvvələr Hərəkatı yaradan Saakaşvili bu gün Kiyevin mərkəzində ilk mitinqini keçirib.Axar.az xəbər verir ki, mitinq “Hazırkı Radanın son qışı” şüarı ilə baş tutub. Mixail Saakaşvili Ukrayna parlamentinə növbədənkənar seçkilər tələb edib və özünün yeni siyasi proqramını açıqlayıb.

“Biz yeni Seçki Qanunu və yeni Mərkəzi Seçki Komissiyası ilə növbədənkənar seçkilərin təyin edilməsini tələb edirik”, – Saakaşvili bildirib.

Saakaşvili həmçinin qeyd edib ki, Prezident, Prezident Aparatı, Rada “kim meydana çıxsa, Kremlin agentidir” şəri yaxmaqla insanları aldadır. Aksiyada bir neçə min nəfər iştirak edib.

Hərəkatın liderlərindən David Savkarelidze mediaya açıqlamasında hərəkata bir neçə siyasi qüvvənin birləşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, “Demokratik alyans”la birləşmə gündəmdədir. Həmçinin Lvovun keçmiş meri Andrey Sadovun Özünəyardım Partiyası ilə birləşmənin mütləq olacağı vurğulanıb.

Analitiklər hazırda Saakaşvilinin reytinqinin Ukraynada 2 faiz civarında olduğunu ehtimal edirlər.

BIR CAVAB BURAXIN