Odessa şəhərinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili lazım gəlsə aeroportda yatmağa hazır olduğunu, ancaq Ukraynanı tərk etmək fikrində olmadığını vurğulayıb. “Yeniavaz.com”un İzvestiya.ru-ya istinadən verdiyi məlumata görə Saakaşvili özünün Ukrayna vətəndaşlığının ləğv edilməsini istisna etmədiyini söyləyib. Saakaşvili: “Ukraynanını tərk etmək fikrində deyiləm. Əgər mənim Ukrayna vətəndaşlığımı ləğv etsələr, onda aeroportda qalacağam, ancaq başqa ölkəyə getməyəcəyəm”,-deyib.
Saakaşvili məsələ ilə bağlı Almaniyanın “Deutsche Welle” nəşrinə verdiyi açıqlamasında prezident Poroşenkonun iki dəfə ona baş nazir postunu təklif etdiyini, ancaq bundan imtina etdiyini bildirib.
Eks prezident əsas məqsədinin növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olunmasının olduğunu vurğulayıb. Saakaşvili millət vəkilliyinə namizədliyini verəcəyini də vurğulayıb.