“Səyyar qəbul otağı” Bərdə sakinlərinin ixtiyarında olub-FOTO

0
1058

“Səyyar qəbul otağı” Bərdə sakinlərinin ixtiyarında olub.

“İstifadə etdiyim təbii qaza görə yaranan borcu ödəyə bilmirəm. Sizdən xahiş edirəm ki, mənzilimdə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz edəsiniz.”

Qanunla.Az xəbər verir ki, bu sözləri Bərdə rayonunun Qaradağlı kənd sakini Azər Zeynalov “Açıq mikrofon” aksiyasında bildirib. Bərdə rayon 2 nömrəli məktəbin direktoru Zülfüqar Əsədov isə məktəbin qazlaşdırılması ilə bağlı müraciət edib. Qaradağlı kənd sakini Rəşad Abbasovun müraciəti sayğacın yerinin dəyişdirilməsi və sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz edilməsi ilə bağlı olub. Daxil olan bütün müraciətlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.

image-img-20221005-wa0004 image-img-20221005-wa0003 image-img-20221005-wa0005 image-img-20221005-wa0007 image-img-20221005-wa0006