Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi

0
646

11

Tanınmış müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Yaxınları azadinform-a deyiblər ki, onun halı saat 23 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətiriblər.

Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələlik dəqiq diaqnoz qoyulmayıb.

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, – deyə müğənninin ailə üzvləri bildiriblər.

BIR CAVAB BURAXIN