Şərqin lider Azərbaycan qadınları

0
1106

Azərbaycanda müxtəlif sahələrdə qadınların fəallığı nəzərə çarpıb.   

Azərbaycanda ilkə imza atan bir çox xanımlar hətta bəzən tək ölkə miqyasında deyil, Şərq üçün də böyük addım atıblar.

Məsələn, “Gəlin qayası” operasını yazmış Şəfiqə Axundova bununla Şərqdə də ilk opera bəstələyən qadın kimi tarix yazıb. Həmçinin, Azərbaycanın ilk təyyarəçi xanımı Leyla Məmmədbəyova da bütün müsəlman Şərqində bu işə yiyələnən ilk qadın kimi tanınır. Bu cür misallar olduqca çoxdur.

Minval.info Azərbaycanda dövrün tabularını yıxıb, ilkə imza atmış qadınlar barədə məlumat verir:

İzzət Orucova

İzzət Orucova

 

 

 

 

 

 

 

 

İlklərin qadını İzzət Orucova

İlk kimyaçı alimimiz İzzət Orucova həm də ilk kinoaktrisadır. O, Cəfər Cabbarlının uzun müddət axtarışlarından sonra “Sevil” filmində oynadığı obrazla ilk kinoaktrisa olub. Həmçinin, Orucova Azərbaycanın ilk xanım neft mühəndisidir.

İlk qadın akademik Validə Tutayuq

Adi bir meşəbəyi qızı olan Validə Tutayuq  biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza  atıb. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin  də qadın akademiki olub. Ən əsası isə ondan sonra qadın elmi kadrlar irəli çəkilib.

İlk aktrisa Gövhər Qazıyeva

Azərbaycan teatr səhnəsinin ilk qaranquşu Gövhər Qazıyeva Tiflis mühitində böyüdüyü üçün sənət dünyası ilə yaxından maraqlanıb. 1906-cı ildə kiçik rollar almağa başlayıb və Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri ilə debüt edib. Təbii ki, o dövrdə qadınların səhnəyə çıxması yaxşı qarşılanmırdı və buna görə də Göyərçin Gövhər xanıma təhdidlər yağırdı. Qazıyeva ailə həyatı qurduqdan sonra həyat yoldaşı da onun aktrisalıq etməsinə qadağa qoymuşdu.

Xədicə Əlibəyova

Xədicə Əlibəyova

 

 

 

 

 

 

 

İlk qadın baş redaktor Xədicə Əlibəyova

1911-ci ildə Azərbaycan mətbuatında ilk qadın jurnalı “İşıq” çap edilməyə başlanıb. Beləliklə, dövrün maarifpərvər ziyalısı Xədicə Əlibəyova Azərbaycanın ilk qadın baş redaktoru kimi tarixə düşüb.

İlk qadın nazir Tahirə Tahirova

İlk qadın nazirimiz –  xarici işlər naziri olmuş  Tahirə Tahirova həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi.  1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub.

İlk qadın kinorejissor Qəmər Salamzadə

O,  “Molla Nəsrəddin” jurnalının əsas yazarlarından olan Əliqulu  Qəmkusarın qızıdır. “Bir ailə”, “Dəcəl dəstə”, “Səbuhi”, “Şəfa nəğməsi” kimi filmlərin rejissoru olan Qəmər xanım tək Azərbaycanda deyil, müsəlman Şərqində rejissor sənətinə yiyələnən ilk qadındır.

Qəmər Salamzadə

Qəmər Salamzadə

 

 

 

 

 

 

 

 

 

İlk xanım balerina Qəmər Almaszadə

Azərbaycanın balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə adi bir çəkməçi qızı olub. Uzun müddət baletə gedən zaman atası Hacıağa kişiyə idmanla məşğul olduğunu deyərək aldadırmış. Lakin çox sonralar atası  həqiqəti öyrənib. Əvvəlcə çox qəzəblənsə də, sonralar qızının bu seçimi ilə barışıb. Hərdən gizlincə teatra gedib tamaşaçılar arasından qızının ifasını da izləyirmiş. Qəmər xanım bəstəkar Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub, qardaşı isə teatr rəssamı Ənvər Almaszadədir.

İlk qadın snayper Ziba Qəniyeva

“Şərqin Yermolovası” kimi tanınam Ziba Qəniyeva İkinci Dünya Müharibəsində Leninqrad kəndlərinin düşməndən qorunmasında xüsusi şücaət göstərib. 9 əsgərin həyatını xilas edərək, özünü önə atıb. O, həm də sənətdə özünü sınayıb, 1945-ci ildə özbək rejissor Nəbi Qəniyevin “Tahir və Zöhrə” filmində aşiq olmuş şahzədə Moahim rolunda çəkilib. Minvalinfo

 

 

BIR CAVAB BURAXIN