Yeni Urenqoydan Moskvaya uçan təyyarənin sərnişini Vnukovo hava limanında özünü öldürüb.
Mediainfo.az-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, sərnişinin cəsədi tranzit zonasındakı tualetdə aşkar edilib. Hələlik adı açıqlanmayan sərnişinin hansı səbəbdən özünü öldürməsi məlum deyil. Hazırda polis sərnişinin kimliyini və onun özünə qəsd etməsinin səbəblərini araşdırır.