Sərkisyan Paşinyanı İrəvandan Sevana qaçırtdı

0
644

İrəvandakı aksiyaların təşkilatçısı Nikol Paşinyan İrəvandan təcili Sevana aparılıb.

Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Paşinyanın vəkili Rüstəm Badasyan deyib. Onun sözlərinə görə, hələlik Paşinyanın Sevanda harada saxlanıldığı haqqında heç bir məlumat yoxdur. O, İrəvanda baş verənləri 1937-ci il repressiyaları ilə müqayisə edib və indiki vəziyyətin daha ağır olduğunu bildirib.

Qeyd edək ki, dünənki mitinqlər zamanı 277 nəfər həbs edilib. Paşinyanla bərabər etirazçıların digər liderləri olan Ararat Mirzoyan və Sasun Mikayılyan da saxlanılıb.Axar.az

BIR CAVAB BURAXIN