“Sən mənim ən güclü sevgimsən” – Şagirdinə vurulan müəllim intihar etdi

0
638

Şagirdini sevən 42 yaşlı ingilis dili müəllimi özünü asaraq intihar edib. “Arazinfo”nun Moderator.az-a istinadən verdiyi məlumata görə, hadisə Rusiyanın Sank-Peterburq şəhərində baş verib. Müəllim 11-ci sinifdə oxuyan Alisa adlı şagirdinə vurulub. Şagirdinə ürəyini açan müəllimə oğlan dostu olmasına baxmayaraq Alisa müsbət cavab verib. Hətta onlar gizli görüşüblər.
Müəllimi ilə evlənməyə hazırlaşan qıza valideynləri icazə verməyib. Sonradan da Alisanın görüşdüyü oğlan hadisədən xəbər tutaraq müəllimi döyüb. Müəllim və şagirdinin sevgi münasibətləri məktəbdə də yayılıb. Bundan sonra Stanislav adlı ingilis dili müəllimi özünü asaraq intihar edib. Hadisə yerində müəllimin iki məktubu aşkarlanıb. Müəllim məktublardan birini anasına, digərini isə Alisaya yazıb. Müəllim məktubunda “Sən mənin ən güclü məhəbbətimsən” misralarını Alisaya yazaraq intihar edib.

BIR CAVAB BURAXIN