Sən doğrudan gözəgörünməzsən? – Uşaqların ALLAHA MƏKTUBU

0
629

Heç düşünmüsünüzmü ki, uşaqların təsəvvüründə Allah necədir? Yaxud onlar Allaha məktub yaza bilsəydilər, nələri soruşardılar, ya da nə istəyərdilər? Kulis.az-ın təqdim etdiyi bu məktublardan sonra uşaqların həqiqətən necə saf məxluq olduqlarını bir daha görəcəksiz.

 

Əziz Allah,

Məktəbdə sənin bütün gün nə elədiyini dedilər. Bəs sən tətildə olanda işlərini kim görür?

Ceyn.

 

Əziz Allah,

Mən İncili oxudum. Amma doğmaq nə deməkdir? Heç kim mənə başa salmadı.

 

Elison.

 

Əziz Allah,

Sən doğrudan gözəgörünməzsən, yoxsa bu nəsə oyundu?

 

Lusi.

 

Əziz Allah,

Düzdür ki, mənim atam evdə pis sözlər işlətsə, cənnətə düşməyəcək?

 

Anita.

 

Əziz Allah,

Sən zürafənin həqiqətən belə görünməyin istəyirdin, yoxsa təsadüfən belə alınıb?

 

Norma.

 

Əziz Allah,

İnsanların ölməyinə icazə vermək və yenilərini yaratmaq əvəzinə niyə olanları həmişəlik sağ saxlamırsan ki?

 

Ceyn.

 

Əziz Allah,

Ölkələrin sərhədlərini qələmlə kim çəkir?

 

Nen.

 

Əziz Allah,

Mən toya getmişdim, onlar kilsədə öpüşdülər. Bu normaldı, səncə?

 

Neyl.

 

Əziz Allah,

Sən “başqalarının sənə necə davranmağını istəyirsənsə, sən də onlara elə davran” demisən? Demisənsə, gedim qardaşımı düzəltməyə çalışım.

 

Darla.

 

Əziz Allah,

Balaca qardaşa görə çox sağ ol, amma mən küçük üçün dua eləmişdim.

 

Coys.

 

Əziz Allah,

Bütün tətil boyu yağış yağdı və atam çox hirsləndi! Sənin haqqında insanların deməli olmadıqları sözlər dedi, amma mən ümid edirəm ki, sən buna görə onu incitməyəcəksən.

 

Sənin dostun (Amma sənə adımı demək fikrim yoxdur)

 

Əziz Allah,

Xahiş edirəm, mənə poni göndər. İndiyə qədər səndən heç nə istəməmişəm, xahişimə baxa bilərsən.

 

Brus.

 

Əziz Allah,

Mənə Ələddinin çırağı kimi çıraq göndərsən, sənə istədiyin hər şeyi verərəm. Pullarım və şahmat dəstimdən başqa.

 

Rafael.

 

Əziz Allah,

Mən böyüyəndə atama oxşamaq istəyirəm, amma bədənimin hər yerində o qədər tük olmasın.

 

Sem.

 

Əziz Allah,

Məncə, stepler sənin ən dahiyanə ixtiralarındandı.

 

Rut.

 

Əziz Allah,

Mən dua etmədiyim vaxtlarda da sənin barəndə düşünürəm.

 

Eliot.

 

Əziz Allah,

Mərcə gələrəm ki, dünyadakı bütün insanları sevmək sənin üçün çox çətindir. Mənim ailəmdə 4 nəfər var və mən bunu heç vaxt bacarmamışam.

 

Nen.

 

Əziz Allah,

Qardaşım mənə doğulmaq haqda danışıb, amma bu, nəsə qulağa xoş gəlmir. Onlar zarafat edirlər, hə?

 

Marşa.

 

Əziz Allah,

Bazar günü kilsəyə gələndə mənə baxsan, sənə təzə ayaqqabılarımı göstərəcəm.

 

Mikki.

 

Əziz Allah,

Mən də İncildəki oğlan kimi 900 il yaşamaq istəyirəm.

 

Kris.

 

Əziz Allah,

Mən oxumuşam ki, Tomas Edison işığı kəşf edib. Amma məktəbdə deyirlər ki, işığı sən yaratmısan. Deyəsən axı o, sənin ideyanı oğurlayıb?!

 

Donna.

 

Əziz Allah,

Məncə, heç kim səndən daha yaxşı Allah ola bilməzdi. Bil ki, bunu sənə indi Allah olduğun üçün demirəm.

 

Çarlz.

 

Əziz Allah,

Mən heç bilməzdim narıncı ilə bənövşəyi bu qədər gözəl görünə bilərlər, ta ki çərşənbə axşamı yaratdığın qürubu görəndən sonra! Çox gözəl idi!

 

Evgeni. 

 

BIR CAVAB BURAXIN