Şəkidə ərindən boşanmaq üçün bu qadın elə bir üsula əl atdı ki…

0
736

Şəkidə lətifə kimi bir hadisə baş verib. 32 yaşlı Nigar Məhəmmədli onu aldatdığını iddia edərək həyat yoldaşı – Sabirabad sakini, 34 yaşlı Qəhrəman Qəhrəmanovdan ayrılmaq üçün ağlasığmaz üsula əl atıb. Əvvəlcə həyat yoldaşına şəhərdə ona oxşayan başqa bir qadının olduğunu deyib. Bir müddət sonra əri ilə bazarda qarşılaşanda isə özünü ona oxşayan qadın kimi təqdim edib. Bu, tərəflər arasında mübahisəyə səbəb olub. Səs-küyə polis gəlsə də Nigar Məməmdli polisi də aldadaraq gəldiyi taksiyə minib hadisə yerindən uzaqlaşmağa calışıb. Ancaq polis cütlüyü şöbəyə aparıb. Dindirilmə zamanı gerçəklə üzə çıxıb, Nigar Məhəmmədlinin yalan danışdığı məlum olub.

Qəhrəman Qəhrəmanov utanaraq üzünü bağlasa da, arvadı ondan ayrılmaq istədiyini, əsəbiləşərək belə etdiyini və məqsədinin ərinin başqa qadınla əlaqəsinin olub-olmadığı öyrənmək olduğunu deyib.

Gənc qadını hadisə yerindən uzaqlaşdırmağa cəhd edən taksi sürücüsü Şəki Məmmədov da dindirilib. O, Nigar Məmmədlini tanımadığını, maşına müştəri kimi mindiyini bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Saxlanılan Nigar Məhəmmədli bir vaxtlar şou-verilişlərin birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat pul da alıbmış…(Xezerxeber.com)

BIR CAVAB BURAXIN