Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq

0
2071

Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq

“Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.İlham Əliyev,Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab Azərbaycanda nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, möhkəmlənməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Qarabağ meydanında düşmən qarşısına ən müasir silahı, güclü psixoloji keyfiyyəti ilə çıxardığımız ordu uzun illərin hazırlığı, bu sahəyə verilən öncəliyin nəticəsidir. Üstəlik, sadəcə silahlanaraq yox, həm də döyüş qabiliyyətini, fiziki hazırlığını, psixoloji keyfiyyətlərini artıraraq. Nəhayət, o gün gəldi. Ermənistanın siyasi və hərbi təhrikləri Azərbaycanı qəti addım atmağa sövq etdi. Məqsəd bir, hədəf qəti idi: torpaqlar işğaldan azad edilməli, ölkənin ərazi bütövlüyü təmin olunmalıydı. Prezidentimiz cənab  İlham Əliyev ordunun qarşısına qoyulan hədəfə nail olduğunu dünya mediası qarşısında da bəyan etdi:”Müzəffər ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”.Müharibə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı ilə yanaşı, Ali Baş Komandanın liderlik, hərbi sərkərdəlik qabiliyyətini də tam olaraq üzə çıxardı. Prezident cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa zamanda düşməni darmadağın edərək onu işğaldakı torpaqlardan qovdu, kapitulyasiyaya bərabər sənəd imzalamağa vadar etdi.

Zərdab şəhər ümumi orta məktəbin müəllimi- Dəyanət Mehrəliyev

BIR CAVAB BURAXIN