Şəbnəm Tovuzlunun əri ilə bağlı yeni yalanı – “Ailəli deyil, boşanıb…”

0
922

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) “5/5” verilişinin qonağı olub. Sənətçi canlı efirdə tamaşaçıların Zaur Kamala yazdığı sualları cavablandırıb.  

 

Müğənni şəxsi həyatının müzakirə olunmasından narahat olduğunu dilə gətirib. Şəbnəm deyib ki, mətbuatda ona qarşı qara piar aparılır: “Heç kəs məni sevməyə məcbur deyil. Mən ailə qurandan son 9 ay ərzində üstümə çox gəldilər. Səbəb isə ailəmi gizlətməyim oldu. Mən gizlətmədim, sadəcə ərim efirdə görünməyi sevmir. O, müğənni, idmançı deyil ki, efirə çıxsın. Məni 100 nəfər sevirdisə, onun 20 nəfərini mətbuat mənə nifrət etdirdi. İnsanları qınamıram, nə oxuyurlarsa, ona inanırlar.

Mənim keçmiş həyat yoldaşım keçmişimdə qalıb. Mən artıq xoşbəxtəm, ailə qurmuşam. Azərbaycanda ikinci dəfə ailə quran müğənni tək mənəm? Sadəcə olaraq sifarişli yazılardır. Hamısı paxıllıqdan irəli gəlir. Yazılanların heç birinə inanmasınlar”.

 

İfaçı daha əvvəl müsahibələrində söylədiyi fikirləri təkzib edən açıqlama verib. Əsədova qeyd edib ki, həyat yoldaşı onunla evlənməmişdən iki il əvvəl boşanıb: “İnstaqramda yazırlar ki, bəlkə əriniz ailəlidir deyə üzə çıxarmırsız? Burdan demək istəyirəm ki, həyat yoldaşım mənlə tanış olmamışdan iki il əvvəl ayrılıb. Bəli, övladlarına baxır, onları mən də çox istəyirəm. Boşanmış biridir, nikahımız olmamışdı. Çünki Rusiya vətəndaşı idi. Vətəndaşlıqdan çıxdı, nikah bağladıq. İnsanlar narahat olmasınlar. Ərim ailəli deyil, boşanmış biridir”.

 

Xatırladaq ki, müğənni Lent.az-a müsahibəsində ərinin hələ də evli olduğunu bildirmişdi: “Onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedirlər. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir”.

 

BIR CAVAB BURAXIN