İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb.
CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.