Ruslan Əliyev qazlaşdırılma işləri ilə yerindəcə tanış oldu- FOTO

0
1212

Baş direktor qazlaşdırılma işləri ilə yerindəcə tanış oldu.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birgə rayonun Zarat Xeybəri kəndində qazlaşdırılma işləri ilə tanış olub. Çətin relyef şəraitində yerləşən kəndin qazlaşdırılması üçün əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub. Baş direktora bildirilib ki, layihəyə əsasən 8730 m polietilen, 4394 m uzunluğunda polad borunun çəkilməsi nəzərdə tutulub. Artıq işin bir hissəsi icra olunub. Belə ki, 3542 metr polietilen, 3500 m uzunluğunda isə polad borunun çəkilişi yekunlaşıb. Baş direktor görülən işlərin daha da sürətli şəkildə icra olunması ilə bağlı tapşırıq verib. Daha sonra Birlik rəhbəri SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.