Ruslan Əliyev Lənkəran və Astara rayonlarında qazlaşdırılma işləri ilə tanış olub-VİDEO

0
1650

Baş direktor Lənkəran və Astara rayonlarında qazlaşdırılma işləri ilə tanış olub.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunun Digah kəndinin genişlənən hissəsində paylayıcı (küçə) xətlərin çəkilişi işləri ilə tanış olmaq üçün sözügedən kəndə səfər edib. Baş direktor işin gedişatı ilə maraqlanaraq ərazidə çalışan Birlik əməkdaşları ilə görüşüb. Birlik rəhbərinə bildirilib ki, ərazinin qazlaşdırılması üçün müxtəlif diametrli 7725 metr uzunluğunda polad borudan istifadə olunacaq ki, artıq 4280 metr uzunluğunda xəttin çəkilişi yekunlaşıb. Daha sonra Ruslan Əliyev bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Baş direktor Astara rayonunun Səlivə kəndində də görülən işlərlə yaxından maraqlanıb. Kəndin küçə qaz xətlərinin çəkilişi üçün lazım olacaq 15 909 metr xəttin 8549 metr hissəsində işlərin yekunlaşdığı vurğulanıb. Baş direktor Birlik əməkdaşlarının problemləri ilə də yaxından maraqlanıb. Onlar tərəfindən ünvanlanan bir sıra müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Bu ünvanda da bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.