Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilir

0
518

 

Rusiyanın  Ukraynaya qarşı Kerç boğazında həyata keçirdiyi təcavüzkarlıq hərəkəti beynəlxalq aləmdə anti Rusiya ovqatını daha da gücləndirib.

Arazinfo.com-un verdiyi xəbərə görə, artıq Polşa və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə məsələni müzakirə etməyə başlayıb. Polşa və Böyük Britaniyanın bu addımlarını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib. Son insidentlə bağlı Rusiyaya qarşı yeni, daha öldürücü sanksiyaların tətbiq edilməsi ilə bağlı Polşa və Böyük Britaniya arasında aparılan danışıqlara Avropanın əksər ölkələri qoşulmağa hazırlaşırlar.

Xatırladaq ki, noyabr ayının 25-də Rusiya Kerç boğazında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edərək onları ələ keçirib. Hücum zamanı gəmilərdə olan 24 ukraynalı hərbçidən 6-sı yaralanıb.