“Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməlidir”

0
708

 

Almaniya müdafiə naziri Ursula fon der Lyayen Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməsini zəruri sayır.

Ursula fon der Lyayenin bu gün “Bild am Sonntag” nəşrində dərc olunan müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin “zəifliyi qiymətləndirmir”, sanksiyalar yolu ilə rəsmi Moskvanı Minsk öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazımdır.

Almaniya müdafiə naziri Rusiya ilə münasibətləri yaxşılaşdırmağa bir neçə amilin mane olduğunu nəzərə çatdırıb. Bu sırada da Krımın işğalını, Rusiyanın Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsini, Rusiya aviasiyası tərəfindən bombalanma nəticəsində Suriyanın Hələb şəhərinin dağıdılmasını və Bəşər Əsəd rejimini müdafiə etməsini göstərib. Ursula fon der Lyayen düşmən obrazının Qərbə deyil, Kremlə lazım olduğunu vurğulayıb. Eyni zamanda Moskva ilə dialoqa hazır olmağı vacib sayıb: “Avropa İttifaqı xüsusən xarici siyasət sahəsində qərar qəbul etmə mexanizmini dəyişdirmək də zəruridir. Hazırda qərarın qəbulu üçün Avropa İttifaqına üzv 28 dövlətin hamısının razılığı tələb olunur. Ancaq dünyadakı vəziyyət bəzən sürətli reaksiya verməyi tələb edir. Buna görə də Avropa İttifaqında qərarların sadə çoxluqla qəbulu məsələsini qaldırmaq lazımdır”.Azadinform

BIR CAVAB BURAXIN