Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib.
Eyni zamanda yağıntı paltarların üzərində də qalır.
Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır.
Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib.