Rusiyanin yeni sualtı qayığı düşməni külə çevirə bilər

0
609

Rusiyanın yeni “Knyaz Vladimir” sualtı qayığı “Sevmaş” tərsanəsindən bu ay suya buraxılacaq. Norveçin “TV-2” nəşrinin məlumatına görə, bunu Moskvada nəşr ediən “Krasnaya zvezda” qəzetinə müsahibəsi zamanı Rusiyanın Hərbi Dəniz Donanmasının komandanı Vladimir Korolyov söyləyib. Arazinfo.com-un Azpolitikainfo-ya istinadən verdiyi məlumata görə,uzunluğu 170 metrə çatan “Borey” sinfindən olan sulatı qayıqlar Rusiyanın strateji nüvə arsenalının əsas zərbə gücü sayılır. Sualtı qayığın bu yeni versiyası özünün sələfləri ilə müqayisədə gövdəsində daha çox raket daşıya biləcək.

“Naval Today” saytı və norveçlı ekspertlər bildirirlər ki, 2018-ci ildə Rusiya silahlı qüvvələrinin döyüş cərgəsinə qoşulacaq bu sualtı qayıqda 20 ədəd “Bulava” qitələrarası ballistik raketin yerləşdirilməsi mümkündür. Hal-hazırda Rusiya donanmasındakı “Borey” sinfindən olan üç sualtı qayıqda uzaq hədəfləri vura biləcək yalnız 16 nüvə raketi var.

Rusiyanın “Zvezda”hərbi telekanalı hesab edir ki, ”Borey” sinfindən olan yeni “Knyaz Vladimir” strateji sualtı qayığı qabaqlayıcı tədbir silahı kimi xüsusi tərifə layıqdir. Telekanal rusların gizli şəkildə yaratdıqları bu sualtı qayıq barəsində daha sonra bildirib: “Knyaz Vladimir” sualtı qayığı düşməni radioaktiv külə döndərə bilmək gücündədir. ”Knyaz Vladimir” daha səssiz işləmək və daha çox “görünməz”lik xüsusiyyətinə malik modernləşdirilmiş ilk sualtı qayıqdır. Onun üzərində işlər yüksək məxfiliklə görülüb. Nə tərsanə, nə də hərbçilər öz saytlarında “Knyaz Vladimir”in fotoşəkillərini dərc etməyiblər”.

Norveç silahlı qüvvələrinin elmi araşdırmalar institutunun məlumatına əsasən, yeni sulatı qayıqlar əvəz edəcəkləri submarinalara nisbətən daha müasirdirlər və onlar daha səssiz işləməklə yanaşı, həm də daha yaxşı silahlanıblar.

Son on ildə Rusiya öz nüvə güclərinin modernləşdirilməsi üçün daha çox vəsait sərf edir. Hazırda Rusiyanın dənizlərdə bazalaşmış strateji nüvə başlıqlarının 60 faizi Kola yarımadasında yerləşir. “Yuri Dolqoruki” adlanan “Borey” sinfindən olan ilk sulatı qayıq Şimal Donanmasının heyətinə 2013-cü ilin yanvarında qoşulub və Murmansk fyordunun qərb hissəsində öz bazasında fəaliyyətə başlayıb.

2012-ci ildə “Knyaz Vladimir”in təməlqoyma mərasimində iştirak edən Rusiya prezidentiVladimir Putin yeni sualtı qayıqların yaradılmasını Rusiyanın Arktikadakı maraqlarının qorunmasına bağlayıb. O, öz çıxışı zamanı deyib: “Şübhəsiz ki, Hərbi Dəniz Donanması bizim milli iqtisadi maraqlarımızın qorunması vasitəsidir. Bu yanaşma həmçinin dünyanın ən mühüm bioloji və təbii resurslarının cəmləşdiyi ərazilərdən biri olan Arktik regionuna da aiddir”.

Oktyabr ayında Böyük Britaniyanın müdafiə naziri bildirib ki, sualtı qayıqlar Barens dənizində və ona yaxın olan dəniz ərazilərində daimi olaraq hərəkətdədirlər və təlimlər keçirirlər, amma son illərin müşahidəsi göstərir ki, Rusiya sualtı qayıqları Şimali Atlantikada da aktivləşiblər.

“TV-2” ilə söhbəti zamanı Norveç sualtı qayıqlarından birinin keçmiş komandiri Yakob Byorrsen müttəfiq güclərə məxsus nüvə sualtı qayıqlarının Norveç sularındakı sayının artması barəsində deyib: “Rusiya sualtı qayıqlarının izlənməsi ilə əlaqədar NATO-nun müəyyən problemləri olduğuna görə, Britaniya və Amerika sualtı qayıqları Norveç dənizinə qayıdıblar”.

Bu yaxınlarda Putinin rəhbərliyi altında keçirilən təlimlərdə Rusiya Barens dənizində Şimal Donanmasındakı sualtı qayıqlardan ballistik raketlərin bir neçə sınaq buraxılışını həyata keçirib. Barens dənizində yerləşən sualtı qayıqlardan, həmçinin, sentyabr ayında keçirilən “Qərb” hərbi təlimləri zamanı da raket buraxılmışdı.

BIR CAVAB BURAXIN