Rusiyanın yeni raketləri: Deyirlər ki, onlar meteoriti vura bilər…

0
469

Son dövrlər Rusiyanın “S-400” zenit-raket kompekslərini almağı planlaşdıran bir çox ölkələr ABŞ tərəfdən hücumlarla məruz qalırlar və hətta onlara sanksiya tətbiqi ilə bağlı xəbərdarlıq da edilir.

Arazinfo.com-un Azpolitika.info-ya istinadən verdiyi xəbərə gırə, ABŞ-ın bu cür hərəkətləri Rusiya zenit-raket kompleksi üçün yaxşı reklamdır. Çünki əvvəllər bu komplekslərə maraq göstərməyən ölkələr də, bu kompeksləri almaq barədə düşünürlər. Beləliklə, Amerika yenə də özü qurduğu tələyə düşüb.

Amma indi “S-400” heç də Rusiya arsenalının ən qabaqcıl zenit–raket kompleksi sayılmır. Verilən məlumatlara görə “S-400”-ün bazası əsasında yeni və daha mükəmməl “S-500” raket kompleksi hazırlanır. Həmin kompleksə yunan əfsanəsindəki titan “Prometey”-in adı verilmişdir.

Bu cür metaforadan istifadə edən Rusiya ordusu ümid edir ki, həmin kompleks yeni nəsil aşağı yüksəklidə uçan qanadlı raketləri, strateji məqsədli ballistik raketləri və həmçinin də hipersəslə uçan müasir aparatları müvəffəqiyyətlə vura biləcək.

“S-500” zenit kompleksinin maksimal atəş gücü 500 kilometri keçəcək. Bu kompleks eyni anda müxtəlif dərəcəli doqquz təhlükəli hədəfi vura bilər.

“S-500”-ün döyüş effekti dünyanın istənilən müasir hava hücumundan müdafiə sistemindən dəfələrlə güclüdür. Məsələn, hamıya məlum olan “S-300” kompleksləri 300-400 kilomet uçur və onun hədəfə doğru uçuş sürəti səs sürətindən 4-6 dəfə itidir. “S-400” ZRK isə 400 kilometr uzaqlıqdakı hədəfləri səsdən 6 dəfə iti sürətlə vura bilər. ”S-400” eyni anda 6 hədəfi zərərsizləşdirə bilər.

“S-400”-lə müqayisədə “S-500” HHM sistemi yeni tipli radiolokasiya sistemi ilə təchiz edilib ki, bu da düşməni daha uzaq məsafədən aşkarlamağa imkan verir. ”S-500”-də yeni tipli altı borulu buraxılış qurğusundan istifadə ediləcək. Hazırkı sistemlərdəki 4 buraxılış borusuna əlavə olaraq iki boru da qoşulacaq.

15 fevral 2013-cü ildə diametri 20 metr olan meteorit Çelyabinsk şəhəri yaxınlığına düşmüşdü. Düşmə prosesi zamanı meteorit hissələrə parçalanaraq parlaq odlu şara çevrilmişdi. Alimlərin hesablamasına görə, meteorit atmosferi saatda 67600 kilometr sürətlə keçib, yəni təxminən 1 saniyədə 18 kilometr. Parçalanma zamanı meydana gələn enerji isə, Xirosimaya atılan atom bombasından 30 dəfə güclü olub. Meteoritin düşməsi nəticəsində 1000 nəfərə yaxın insan xəsarət almışdı.

Maraqlıdır ki, Rusiya sosial şəbəkələrində bu hadisəni “S-500-in möcüzəli işi” adlandırıblar. Deyirlər ki, həmin vaxt yeni raket – “S-500” sınaqdan çıxarılırmış və bu kompleks meteoriti yaxalayıb və onu göydə vurub, beləliklə də, Yer səthi ziyan çəkməyib. Baxmayaraq ki, bu iddia, haradasa fantastikadır, lakin buna inanan adamlar heç də az deyil.

2018-ci ilin sentyabrında Rusiya baş naziri bəyan edib ki, ”S-500” raket kompleksinin hazırlanması üzrə aparılan elmi-tədqiqat fəaliyyəti əsas etibarıyla başa çatıb.

Bildiyimiz kimi, Ukrayna böhranı ilə əlaqədar olaraq Qərbin Rusiyaya olan münasibəti dəyişib. Bu isə Rusiyanın iqtisadiyyatına neqativ təsir göstərib. Elə bu səbəbdən də Rusiya silahlanmayla bağlı bir çox işləri ləngitməyə məcbur qalıb. Amma buna baxmayaraq, NATO ilə danışıqlarda əlverişli vəziyyət qazanmaq üçün Rusiya öz strateji silahlarını münasib mövqelərdə yerləşdirib. ”S-500” zenit komplekslərinin yerləşdirilməsi əsasən strateji əhəmiyyət daşıyır.
“S-500” raketləri “PT-2PM2”, ”PC-26”, “PC-28” ballistik raketləri və “A-235 HHM” sistemləri ilə birlikdə yer üstündə bazalaşmış hücumlardan qorunma sistemləri yaradır.

2020-ci ildə “S-500” sistemlərinin silahlı qüvvələrin doyüş cərgəsinə qoşulması nəzərdə tutulur. (“Sina”-Çin)

“AzPolitika”nın əlavəsi: ”S-500” sistemlərinin hazırlanması üzrə işlər hələ 2002-ci ildən gedir. Nəzərdə tutulan plana görə, bu kompleks 2015-ci ildə silahlı qüvvələrin döyüş arsenalına verilməliydi, lakin maliyyə problemləri üzündən qrafikdə ləngimə yaşanıb. Rusiya KİV-lərinin verdiyi məlumata əsasən, “S-500” kompleksləri yeni “40H6” idarəolunan raketlərlə təchiz ediləcək. Həmin raketlər 200 kilometr yüksəkliyi vura biləcək və yeni idarəolunma xüsusiyyətinə malikdir.

Digər tərəfdən isə, əgər “S-400” raketlərinin radiolokasiya sistemindən fərqli olaraq “S-500” kompleksində bir neçə radar sistemi olacaq.

Əlbəttə ki, bu, sadəcə kağız üzərindəki məlumatlardır, lakin rusların yeni kompleksinin real səmərəliliyi yalnız düşmənə qarşı istifadə praktikasında bəlli ola bilər.

Arazinfo.com