Rusiyanın dünyanı əllərində saxlayan casus qadınları

0
854

 

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın  casus rus qadınları haqqındakı araşdlrma yazısını oxucularına təqdim edir:

Casusluq fəaliyyətində əsas rol kişilərə məxsus olsa da, bu işdə qadınlar da fərqləniblər. Hətta onlar kişilərə nisbətən ən çətin tapşırıqları yerinə yetirməli olublar. Bir sözlə, casus qadınlar bütün dövrlərdə bağlı qapıların açarı hesab ediliblər. Təəssüflər olsun ki, kişi kəşfiyyatçıların əməyi tez gözə çarpdığı

halda, məşhur qadın kəşfiyyatçılar barədə indiyədək çox az yazılıb. Təbii ki, bunun da müəyyən səbəbləri var və problemin mənəvi və etik tərəflərini nəzərə alaraq, bu məsələdə çox dərinliklərə getmək istəmirik. Qeyd edək ki, hazırda bütün ölkələrin kəşfiyyat idarələrində kişilərin öhdəsindən gələ bilmədikləri çətin və incə əməliyyatların həyata keçirilməsində qadınlardan istifadə edirlər. Əldə olunan məlumatlara görə, digər ölkələrlə müqayisədə Rusiyada qadın casuslardan istifadə edilməsinə daha tez başlandığı ehtimal edilir. Belə ki, hələ 19-cu əsrin əvvəllərində Rusiyada qadınlardan casusluq məqsədilə istifadə üçün xüsusi şöbə yaradılmışdı. Rusiyada ilk qadın kəşfiyyatçı kimi polis şefi Aleksandr Benkendorfun bacısı Doroteya Livendən istifadə edilmişdir. Smolnıdakı zadəganlar üçün olan institutda tərbiyə edilən və xüsusi təhsil alan Doroteya çar I Pavelin arvadı Knyaginya Mariya Fyodorovna ilə çox yaxın rəfiqə idi. Hərbi nazir Qraf Xristofer Livenə ərə gedən Doroteya xüsusi casusluq məktəbi keçmişdi. O, çox gözəl olmasa da, istənilən kişini ələ almaq bacarığına malik idi. Necə deyərlər, Doroteya o qədər şirin və səmimi danışırdı ki, qarşısındakı bütün qəlbini çıxarıb bu qadına vermək istəyirdi. Tezliklə çar Qraf Liveni Berlinə səfir göndərdi. Sonra isə Liven Londonda Rusiyanın səfiri təyin edildi. Doroteya Londonda əsilzadələrin vaxt keçirməsi üçün xüsusi klub açmışdı. Bu klub qısa müddətdə o qədər məşhurlaşdı ki, nəinki İngiltərədən, hətta Avropadan da ora yüksək vəzifəlilər vaxtlarını keçirməyə gəlirdilər. Doroteya bundan məharətlə istifadə edərək, nazirləri bir-bir ələ alır və əldə etdiyi informasiyaları Moskvaya ötürürdü. 1814-cü ildə keçirilən I Vyana Konqresində çar I Aleksandr Doroteyanın məlumatları əsasında Rusiyanın xeyrinə olan qərarlar qəbul edilməsinə nail oldu. Doroteya o dövrdə Avstriyanın xarici işlər naziri olan məşhur siyasətçi Klemens Metternixi öz tələsinə sala bildi. Metternix faktiki olaraq, o dövrdə Avstriyanı idarə edirdi. Doroteyanın Avstriya barədə Metternixdən əldə etdiyi informasiyalar bir çox məsələlərdə Rusiyanın öz rəqibinə (Avstriyaya)  ağır zərbələr vurmasına yardım etdi. Doroteyanın informasiyaları Rusiyada yüksək qiymətləndirilirdi. Onun 4 konvertin içinə qoyub göndərdiyi informasiyaları çar I Aleksandr şəxsən özü oxuyurdu. Metternixdən istədiyini əldə edən Doroteyanın növbəti qurbanı İngiltərənin xarici işlər naziri Corc Kanninq oldu. Onların “məhəbbəti” 10 il davam etdi. Bu müddət ərzində Rusiya İngiltərənin xarici siyasət sahəsində hansı dövlətlə necə münasibət quracağını öncədənbildi və siyasətini də buna uyğun təşkil etdi. Kanninqdən sonra Doroteyanın toruna Fransanın baş naziri Fransua Qizo düşdü. 19-cu əsrdə Rusiya- Fransa yaxınlaşmasında Doroteyanın Qizonu idarə etməsi önəmli rol baş naziri ələ alan Doroteyanın Rusiyanın casusu olması isə heç kimin ağlına gəlmədi.

 

Digər məşhur sovet casusu Marqarita Konenkova 1924- 1945-ci illərdə ABŞ-da xüsusi tapşırıqları məharətlə yerinə yetirdi. Olduqca gözəl olan bu qadına məşhur fizik Albert Eynşteyn də vurulmuşdu. 1935-ci ildə Eynşteynlə tanış olan Konenkova atom bombası sahəsində aparılan tədqiqat işləri barədə Moskvaya yüzlərlə məlumat göndərdi. Tezliklə o, atom bombasının atası hesab edilən Robert Openqeymerlə tanış oldu. Bu tanışlıq SSRİ-yə atom bombası hazırlamaq üçün şərait yaratdı. Məharətlə tapşırıqları yerinə yetirən Konenkova 1980-ci ildə Moskvada dünyasını dəyişdi.

 

Məşhur qadın kəşfiyyatçı Zoya Voskresenskaya (Rıbkina) Xarbində, Almaniyada, İstanbulda və Finlandiyada xüsusi tapşırıqları yerinə yetirdi. Almaniyanın Moskvadakı səfiri Verner Fon Şulenberqlə tanış olan Zoya bundan məharətlə istifadə edərək, Hitlerin bir çox sirlərini öyrəndi. İkinci Dünya müharibəsində düşmən arxasında casusluq edən Zoya düşmənin darmadağın edilməsinə xidmət edən xüsusi informasiyalar göndərdi. Onu da deyək ki, SSRİ kəşfiyyatı hətta Yuqoslaviyanın prezidenti İosif Broz Titonun həyatyoldaşını belə, ələ  bu casus qadın vasitəsilə idarə edirdi. Sosializm bloku ölkələri rəhbərlərinin həyat yoldaşları və ya məşuqələrinin çoxu SSRİ kəşfiyyatına işləyirdi. Və həmin dövrdə Moskva qadın agentləri vasitəsilə dost ölkə rəhbərlərinin gündə tualetə neçə dəfə gedib-gəldiyindən, nə yediyindən, içdiyindən dərhal xəbər tuturdu. Eyni zamanda SSRİ-ni təşkil edən ittifaq respublikaları rəhbərlərinin çoxunun həyat yoldaşı, hətta qızı, oğlu belə, DTK-ya işləyirdi. Qeyri-rus respublikalarının rəhbərlərinin katibələrinin hamısı, demək olar ki, DTK məktəbində bişən casus qadınlar idilər. Bu casus qadınlara şeflə (ittifaq respublikaları rəhbərlərilə) istənilən əlaqəyə girmək tapşırılmışdı. Onlar katibədən çox, şefin işdəki arvadı rolunu oynayırdılar. Ona görə də Moskva “şef”lər üzərində nəzarəti həyata keçirməklə ölkəni asanlıqla idarə edirdi. “Şef”in hər hansı şübhə doğuran hərəkətindən Moskva dərhal casus qadınlar vasitəsilə xəbər tuturdu. Amma nə qədər qəribə olsa da, Rusiyanın özünün də başına casus qadınlar az oyun açmayıblar. Rusiya çarlarının, demək olar ki, hamısının həyat yoldaşı milliyyətcə alman olub. Rusiya çarlarının həyat yoldaşlarının, demək olar, hamısı Almaniyanın casusları olub. Almaniya bu casusları vasitəsilə Moskvanı dəfələrlə türklərlə müharibəyə cəlb edə bilib. SSRİ dövründə isə Stalinin həyat yoldaşı Alillulayevanın Amerika kəşfiyyatına işlədiyi məlumdur. Bundan şübhələnən Stalin həyat yoldaşı ilə çox sərt davrandı və “sirrin” (Stalinin arvadının ABŞ-a işləməsi) üstü açılanda isə Alillulayevanı aradan götürdülər. Guya o, özünə sui-qəsd edibmiş. Təsadüfi deyil ki, sonralar ABŞ öz casusunun övladlarına ölkəsində siyasi sığınacaq verdi. Molotovun həyat yoldaşından da xarici ölkəyə casusluqda şübhələnirdilər. O, həbs edilərək sürgünə göndərildi. Və bundan sonra bir müddət Kremlin sirrini xaricə ötürən olmadı. Və nəhayət, alman kəşfiyyatı Beriyanın həyat yoldaşı vasitəsilə keçmiş çar generallarının satqınçılığı barədə Stalində rəy formalaşdıra bildi. Nəticədə qısa müddətdə onlarla sərkərdə məhv edildi. Son vaxtlar SSRİ-nin sonuncu rəhbəri Qorbaçovun həyat yoldaşı Raisa xanımın Almaniyaya və ABŞ-a casusluq etdiyi barədə mətbuata müxtəlif məlumatlar sızır. Belə ehtimal edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və alman kəşfiyyatı Qorbaçovun ətrafındakı ermənilər (Şahnazaryan, Sitaryan və digərləri) vasitəsilə

Raisa Qorbaçovanı özlərinə işləməyə razı salıblar. Qorbaçovun yenidənqurma ideyasının da Mərkəzi Kəşfiyyat

İdarəsi tərəfindən hazırlandığı ehtimalı da məntiqi cəhətdən ağlabatan görünür. Yenədə bəzi xarici KİV-lərə müxtəlif mənbələrdən sızan məlumatlara inansaq, MKİ-nin “Yenidənqurma planı” Raisanın vasitəsilə Qorbaçova sırınıb. Məqsəd bu yolla SSRİ-ni çökdürmək olub. 1989-cu ildə iki Almaniyanın (Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası) birləşməsinə Qorbaçovu razı salan da Raisa olub. O, guya bu tapşırığı Almaniya kəşfiyyatından alıbmış. Hələlik, Rusiya xüsusi xidmət orqanları bu məsələ barədə susmağa üstünlük verirlər. Çünki Raisanın və ya hər hansı yüksək vəzifəlinin xarici kəşfiyyata işləməsinin üstünün açılması Rusiyanın imicinə güclü zərbə vura bilər. Bizə elə gəlir ki, Raisanın xarici kəşfiyyata işləyib-işləməməsi barədə yalnız gələcək nəsillər xəbər tuta biləcək. Ola bilsin ki, o vaxt Qorbaçovun özünün də ABŞ və ya Almaniya kəşfiyyatına işləməsi üzə çıxsın.

 

Əziz Mustafa/Arazinfo.com

 

 

 

BIR CAVAB BURAXIN