“Donbasın işğal edilmiş rayonlarında Rusiyanın 700-dən çox tankı, 1250 artilleriya sistemi, 1000-dən çox zirehli maşını və 300 reaktiv atəş sistemi var”.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Amerikanın CNN telekanalına deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın böyük ordusu əraziləri işğal edir və Ukraynaya hücum edir: “Rusiya ordusu 72 kilometr Ukraynanın içinə girdi. Rus hərbçiləri hücum əməliyyatları həyata keçirərək Ukrayna əsgərləri və dinc əhalini öldürürdülər. Bu məlumatlar məhkəmədə Rusiya hərbçilərinin ifadələri ilə də təsdiq edilib”.
Moskvanın ittihamları rədd etməsinə gəlincə, Poroşenko vurğulayıb ki, 2014-cü ilin avqustunda Ukrayna hərbçiləri Rusiyanın 22 desantçısını saxlamışdılar.
“Biz onları bütün dünyaya göstərdik. Onların valideynləri övladlarının əfv edilməsini məndən xahiş edirdilər. Daha sonra biz Rusiya nişanları olan tankları göstərdik. Rusiya rəhbərliyi onların itdiyini bildirdi”, – Pyotr Poroşenko vurğulayıb.