
Rəsmi Vaşinqton Ankarada Rusiya səfiri Andrey Karlova silahlı hücumu qınayıb. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Kirbi deyib: “Biz Rusiyanın Türkiyədəki səfirinə hücum barədə xəbərləri görmüşük. Biz bu zorakılıq aktını, mənbəyi kim olursa olsun, qınayırıq”.
Kirbi qeyd edib ki, “öz düşüncələrimizdə və dualarımızda biz onun və ailəsinin yanındayıq”.