Rusiyalılar kimi dəstəkləyir: Azərbaycanı yoxsa Ermənistanı?

0
658

Rusiyalılar ölkələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar.

Virtualaz.org “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində, 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.

Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, Rusiya əhalisinin 72%-i bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.

Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir.

Bununla yanaşı, əhalinin 15%-i buna inanmır. Neqativ proqnozu əsasən Moskva və Sankt-Peterburq (20%) şəhərlərinin sakinləri, eləcə də qeyri-parlament partiyalarının tərəfdarları (21%) veriblər.

Bu gün 44% hesab edir ki, qan tökülməsinin qarşısını almaq üçün Rusiya bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. İki il bundan öncə əhalinin dörddə bir hissəsi (25%) bu fikirdə idi.

36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60%-ə çatırdı.

Rusların 4%-i Ermənistan və separatçı “Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.

Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın “müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.

Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır.

Rusiyalıların 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Qarabağın Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir.

Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.

BIR CAVAB BURAXIN