Rusiyalı politoloqdan ilginc çağırış: Bakı sürətli zərbə ilə…

0
660

ABŞ əlindən gələn hər şeyi edəcək ki, Qarabağda hərbi əməliyyatların başlanmasının qarşısını alsın.

 

Axar.az xəbər verir ki, bunu “Novosti.az” saytına müsahibəsində rusiyalı politoloq Heydər Camal söyləyib. Onun sözlərinə görə, ABŞ-ın buna imkan verməməsinə səbəb Rusiyanın zəifliyidir:

 

“Rusiya bu gün Qarabağ konfliktinə müdaxilə edəcək və onu Vaşinqtonun dəstəklədiyi istiqamətdə aparmaq gücündə deyil. Vaşinqton yalnız Bakının bu müharibədə məğlubiyyətini dəstəkləyə bilər. Bunun sayəsində Bakı kompromisə getməli və öz suverenliyi ilə tarixi haqlarını qurban verməlidir. ABŞ-ın aydın antiazərbaycan xarakteri daşıyan maraqları Azərbaycan rəhbərliyi və xalqın siyasi iradəsi üçün imperativ olmamalıdır. Rusiyanın Azərbaycan-Ermənistan qarşıdurmasına müdaxilə potensialı zəiflədiyi zaman bu müharibəni başlamaq lazımdır. Azərbaycanın bundan yararlanıb-yararlanmayacağı artıq başqa məsələdir. Azərbaycanın iqtisadi vəziyyəti, digər neft ixrac edən ölkələr kimi, problemli situasiyaya daxil olur. Bu, Azərbaycan hakimiyyətində həddən artıq ehtiyatlılıq yarada bilər. Belə yanaşma səhv olardı. Son toqquşma göstərdi ki, Azərbaycan ordusu Qarabağın taleyini ildırımsürətli zərbə ilə həll edə bilər. Ermənistan isə məğlubiyyətdən yalnız üçüncü qüvvələrin prosesə müdaxiləsi ilə xilas ola bilər”.

BIR CAVAB BURAXIN