Rusiyalı kriminala 45 il iş verilib

0
724

ABŞ məhkəməsi Rusia vətəndaşı Rajden Şulayanı 45 il müddətinə azadlıqdan məhrum edib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Şulaya dələduzluqda, hədə-qorxu ilə pul tələb etmə və mütəşəkkil cinayətkarlıqla günahkar hesab edilib. Nyu-York ştatının Cənub dairəsi məhkəməsinin hakimi Loretta Preska Şulayanın mütəşəkkil cinayətkar qruplaşma ilə birlikdə Nyu-York, Nyu-Cersi, Nevada  Pensilvaniya ştatlarında, həmçinin xaricdə vətəndaşlardan hədə-qorxu ilə pul almaqda ittiham edildiyini və bütün bunların sübuta yetirildiyini bildirib.

Şulaya ötən ilin iyun ayında Nevada ştatında MDB məkanı ölkələrindən gələnlərdən şantaj və hədə-qorxu ilə pul almaqda günahlandırılaraq həbs edilmişdi. Buna səbəb MDB məkanı ölkələrindən olan 30 nəfirin Şulayanın cinayətkar hərəkətləri barədə şikayətlə müvafiq qurumlara müraciət etməsi olmuşdu. Şulaya ilə birlikdə onun sağ əli hesab edilən Zurab Canaşvili də məhkəmə qarşısında dayanıb. Şulayanın  həmçinin2,16 milyon dollar dəyərində əmlakı müsadirə edilib.