Argentina ilə Rusiya arasında yeni diplomatik qalmaqal əmələ gəlib. Mediainfo.az-ın xarici mətbuata əsasən verdiyi məlumata görə, buna səbəb Rusiya səfirliyinə məxsus diplomatik poçtda 400 kq kokainin aşkar edilməsi olub. Məsələ ilə bağlı yerli Clarin nəşrinin yazdığına görə, fevralın 21-də polis Buenos-Ayres yaxınlığındakı Eseyra hava limanında Romadan öz tanışları ilə ölkəyə gələn İvan Bliznyuku həbs edib. Onun Rusiyanın diplomatik poçtu vasitəsi ilə ölkədən 400 kq kokain çıxararaq Rusiyaya aparmaq istədiyi ehtimal edilir. İvan Bliznyukun diplomatik poçtdan istifadə etməsinə isə səfirliyin əməkdaşlarından birinin şərait yaratdığı bildirilir. Onu da deyək bu ilk hadisə deyil. Belə ki, Clarin nəşrinin yazdığına görə, 2016-cı ildə də Argentina polisi Rusiya səfirliyinə məxsus diplomatik poçtda 389 kq kokain aşkar etmişdi. O vaxt Rusiyanın rəsmi dairələrinin köməyi ilə bu fakt gizli saxlanılmışdı.