Rusiyada yoldaşlarını güllələyən əsgər öldürülüb

0
645

Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 3 nəfəri öldürən, 2-ni isə yaralayan əsgər saxlanılarkən silahlı müqavimət göstərib.

APA xəbər verir ki, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb.

Ötən gün Rusiyanın Beloqorsk şəhərində (Amur vilayəti) 2017-ci ilin sentyabrından həqiqi hərbi xidmətdə olan H. Əbdüləhədov hərbi hissədə təlim zamanı xidmət yoldaşlarına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində 1 zabit və 2 əsgər ölüb, daha 2 əsgər yaralanıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN