Rusiyada qəribə tayfa: çiy ət yeyir, qan içir, qız alanda isə…

0
637

Şimali Rusiyada yaşayan nenet adlı tayfaya mənsub insanlar çiy ətlə qidalanır, qan içməkdən çəkinmir, 30 dərəcə şaxtada yaşayaraq ömür sürürlər.

Qəbilə şimal qütb dairəsindəki Yamal yarımadasında məskunlaşıb.

“Yamal” sözü “dünyanın sonu” mənasını verir. Son statistikaya görə, həmin ərazidə 40 mindən çox nenet yaşayır. Müasir sivilizasiyadan kənar qalmış bu insanlar, qəribə də olsa, öz həyatlarından çox razıdırlar. Yeganə məqsədləri yeyib, içib, sağ-salamat ömür sürməkdir.

Tayfanın əsas məşğuliyyəti şimal maralları bəsləməkdir. Dinləri şamançılığa sitayişdir. Əsasən maral əti ilə qidalanırlar, özü də əti çiy yeyirlər. Balıq da onların gündəlik menyülərinin əsas komponentidir. Nenet tayfası üçün marallara qulluq yalnız iş və qida əldə etmək məqsədi daşımır, bu, həm də onların həyat tərzidir.

Nenetlər maralın ətini yesələr də, buynuzlarını atmırlar. Həmin buynuzları Çinə dərman hazırlanması üçün ixrac edirlər.

Nenetlərdə də evlənmə zamanı qıza başlıq pulu vermək qaydası var. Gəlin isə adətən, ər evinə cehiz kimi cins maral gətirir. Hər ailənin öz çadırı və maral sürüsü var. Sürülərdə maral sayı bəzən 7 min başa çatır. 21-ci əsr olmasına baxmayaraq, bu icma üzvlərinin çoxunun yalnız mobil telefonu və elektrik generatoru var.

Bir zamanlar Stalin zülmunə tuş gəlmiş xalqın yaşadığı məkan dünya üçün əhəmiyyətlidir. Çünki yarımada neft-qaz ehtiyatları ilə zəngindir. Dünyanın enerji böhranı ilə üzləşdiyi bir zamanda həmin yerlərin necə qiymətli olduğunu anlamaq çətin deyil. Ancaq nenetlərin bu torpaqlardan istifadə edilməsinə münasibətləri o qədər də müsbət deyil. Teleqraf.com

BIR CAVAB BURAXIN