Rusiyada polis 14 yaşlı hamilə qızın “sevgili”sini axtarır

0
628
 11

Rusiyanın Sankt-Peterburq şəhərinin polisi 8-ci sinif şagirdi olan 14 yaşlı qızın körpəsinin atasını axtarır. Şəhərin Krasnoqvardeyski rayonunun polisinə noyabrın 25-də daxil olan məlumata əsasən, bundan bir gün əvvəl həkimlərə müraciət etmiş yeniyetmə qızın hamilə olduğu aşkarlanıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, məktəbli hamiləliyin 31-ci həftəsindədir.

Qızın özünün sözlərinə görə, 2016-cı ilin avqustunda Azərbaycana səfəri zamanı burada eşq macərası yaşayıb. Məktəblinin anası polisə ərizə yazmaqdan imtina edib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamaya başlayıblar. Körpənin atası müəyyənləşdirilərsə, o, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma maddəsi üzrə cinayət məsuliyyəti daşıyacaq.

Virtualaz.org əlavə edir ki, qızın söylədikləri həqiqət olsa belə, körpənin atasının Azərbaycanda olması qeyri-mümkündür. Çünki avqust ayından bu günümüzə qədər maksimum 15 həftə keçib. Məktəbli isə hamiləliyin 31-ci həftəsindədir.

Virtualaz.org

BIR CAVAB BURAXIN