Rusiyada iki azərbaycanlı həbsdən qaçdı – Hər an qətl törədə bilərlər…

0
770

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb.  23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər.

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan
Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib. lent.az

BIR CAVAB BURAXIN