Rusiya XİN Gürcüstan-NATO əməkdaşlığını “regional təhlükəsizliyə təhdid” adılandırdı

0
598
 

Gürcüstan-NATO əməkdaşlığının daha da dərinləşməsi Rusiya, qondarma Abxaziya və Cənubi Osetiya tərəfindən regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. “Russia Today” xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti bildirib.

“Rusiya, Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri Tbilisinin NATO ilə əməkdaşlığının daha da dərinləşməsini regional təhlükəsizliyə real təhdid kimi qəbul edir,” – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, BMT, ATƏT və AB-nin həmsədrliyi, Abxaziya, Cənubi Osetiya, Gürcüstan, Rusiya və ABŞ nümayəndələrin iştirakı ilə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair növbəti məsləhətləşmələr Cenevrədə keçirilib.

Ötən ayın sonunda Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqoriy Karasin NATO-nun Cənubi Qafqazda fəallaşmasının təhlükə yaratdığına eyham vurub. Sentyabrın 21-də isə Rusiya XİN rəhbəri Sergey Lavrov NATO-nun “soyuq müharibə”ni yenidən bərpa etmək niyyətində olduğunu bəyan edib.

BIR CAVAB BURAXIN