Rusiya vətəndaşı olan əcnəbi məşhurlar və biznesləri – SİYAHI

0
615

 

Son beş ildə bir neçə dünya məşhuru Rusiya vətəndaşı olmaq qərarına gəlib. “Yeniavaz.com” RBK-ya istinadən həmin məşhurları və Rusiyadakı məşğul olduqları sahələr barədə məlumatı təqdim edir.

Stiven Siqal

Amerikalı aktyor Rusiya vətəndaşlığını bu ilin noyabrında alıb. “Russkie yarmarki” MMC-ni təsis edərək Rusiyanın 85 regionunda ticari-yarmarka sahələrinin təşkili ilə məşğul olacaq. İnvestisiyaların həcmi təqribən 2,5 milyard dollar olacaq. Onun biznes üzrə tərəfdaşı ZAR şirkətlər qrupunun prezidenti və Dağ Yəhudiləri İcması Federasiyasının rəhbəri Azərbaycan əsilli Akif Hilalovdur.

Ensio Qamba

İtaliyalı cüdoçu Rusiya pasportunu 2016-cı il yanvarın 8-də alıb. Cüdo üzrə Rusiya yığmasının baş məşqçisidir.

Mario Fernandes

Braziliyalı futbolçu 2016-cı il iyulun 13-də Rusiya vətəndaşlığını alıb. Hazırda ÇSKA futbol komandasında müdafiəçi mövqeyində oynayır.

Kiçik Roy Cons

Amerikalı boksçuya Rusiya pasportu 2015-cı il sentyabrın 12-də təqdim edilib. 2016-cı ilin fevralında bəyan edildi ki, R. Cons idman karyerasını başa vuracaq və diqqətini musiqi fəaliyyətinə ayıracaq. O, “Patriot” promouter şirkətinin fəxri prezidentidir.

Teodor Kurzentis

Yunanıstanlı dirijor Rusiya vətəndaşlığını 16 aprel 2014-cü il tarixində alıb. Perm opera və balet teatrının bədii rəhbəridir, musicAeterna orkestrinin və musicAeterna xorunun təsisçisi və bədii rəhbəridir.

Jerar Depardye

Fransalı aktyora Rusiya pasportu 2013-cü il yanvarın 1-də verilib. J. Depardye 2014-cü ildə “Qorjus bıt russkim” adlı eksklüziv saatların silsilə istehsalına başlayıb. Həmin ilin fevralında “Cyran R” aviaşirkətini açıb. Şirkətin parkında biznes-sinif olan cəmi bir təyyarə olub.

Vik Uayld

Amerikalı idmançı- snoubordçu Rusiya pasportunu 2012-ci ilin mayında alıb. Soçi Olimpiya Oyunlarında Rusiya yığmasının heyətində çıxış edərək iki qızıl medal qazanıb. O, Rusiya Snoubord Federasiyasının Ümumrusiya İctimai Təşkilatının təsisçilərindən biridir.

Viktor An

Cənubi koreyalı konki sürən 2011-ci il dekabrın 26-da Rusiya vətəndaşlığına keçib. O, Soçi Qış Olimpiya Oyunlarında Rusiya komandasının heyətində çıxış edərək üç qızıl və bir bürünc medal qazanıb.

Fabio Mastrancelo

İtaliyalı dirijor və pianoçu 2011-ci ilin oktyabrında Rusiya pasportu alıb. O, “Sankt Peterburq” Dövlət Ermitajının baş dirijoru və bədii rəhbəri, Yakutiya Filarmoniyasının simfonik orkestrinin baş dirijorudur. Sankt-Peterburqda Fabio Mastrancelo adına musiqili incəsənətin inkişafı üzrə xeyriyyəçilik fondu qeydiyyata alınıb. Lakin onun sahibləri arasında dirijorun adı yoxdur.

BIR CAVAB BURAXIN