Rusiya ilə Hindistan arasında S-400 zenit-raket komplekslərinin rublla alış-satışı barədə razılıq əldə edilib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında baş nazirin müavini Yuri Borisov deyib.
S-400 zenit-raket komplekslərinin alış-satışı barədə anlaşma Rusiya ilə Hindistan arasında 2016-cı ilin oktyabr ayında imzalanıb. 5 polk S-400-lərin alınması Hindistana 5,43 dollara başa gələcək. Hindistan Türkiyə və Çindən sonra S-400-ləri alan 3-cü ölkə olacaq.