Rusiya supersilahla məhv edəcək

0
610

Rusiyanın yeni supersilahı güc balansını pozacaq.

 

Bu haqda Danimarkaranın “Jyllands-Posten” nəşri yazıb.

 

Söhbət hipersəsli nüvə raketlərindən gedir. Bu silahlar silah sənayesinin son yeniliyidir. “Taktik raket silahlanması” korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov “Sputniknews”a bildirib ki, Rusiya ordusu 2010-ci ildə hipersəsli nüvə raketləri alacaq.

 

Bildirildiyi kimi, yeni hipersəsli raketlərin sürəti səsin sürətindən 12 dəfə çox olacaq, yəni sürət saatda 15 min kilometr təşkil edəcək. Hipersəsli nüvə raketləri raket əleyhinə bütün müasir müdafiə sistemlərini dağıdacaq. Müdafiə sistemləri raketə sadəcə olaraq reaksiya verə bilməyəcək.

 

Danimarka Hərbi Akademiyasının hərbi hava əməliyyatları bölməsinin başçısı Karsten Marrup qeyd edir ki, hipersəsli raketlərin yeni tipləri müasir müdafiə sistemləri üçün təhlükə yaradacaq.

 

“Hipersəsli raketlər Yer kürəsinin istənilən nöqtəsində istənilən hədəfi çox tez müddətdə vurmağa qadirdir. Raket əleyhinə müdafiə sistemləri müdafiə olunmaq üçün sadəcə vaxt tapmayacaq”, – Karsten Marrup “Jyllands-Posten” nəşrinin əməkdaşı ilə söhbətində deyib.

 

Onun sözlərinə görə, bu raketlər dünyada ən müasir müdafiə sisteminə malik ABŞ üçün də ekstremal çağırış olacaq: “Amerikalıların bugünkü raket əleyhinə müdafiə sistemi qitələrarası ballistik raketlərlə mübarizəyə hesablanıb. Mən əmin deyiləm ki, bu sistem hipersəsli raketə qarşı dura biləcək”.

 

Rusiyanın hipersəsli raketlər sahəsində işlərinə cavab olaraq amerikalılar artıq bir neçə ildir ki, dünyada ilk hipersəsli bombardmançının yaradılması üzərində işləyirlər. Belə təyyarəyə dünyanın hər hansı nöqtəsindəki hədəfi vurmaq üçün 30 dəqiqə lazım olacaq. Hipersəsli texnologiyası olmadan bunun üçün 18 saat lazım idi. Karsten Marrup vurğulayır ki, silahların inkişafının bu gedişatı əllərində ən müasir texnologiyaları cəmləyən dünya liderlərinin qarşısında yeni tələblər qoyur.

 

Onun sözlərinə görə, hipersəsli silahı birinci kimin əldə etməsi iki super dövlətin münasibətlərinə də təsir göstərəcək: “Əgər ruslar hipersəsli raketləri hazırlasa, dünyada güc balansında aşkar dəyişiklik olacaq və balans rusların xeyrinə olacaq. Amma ilk olaraq amerikalılar silahlanmaya hipersəsli bombardmançısını qəbul etsələr, o halda balans ABŞ-ın xeyrinə olacaq”.

Publ’ka.az

Ömər Dağlı

BIR CAVAB BURAXIN