Rusiya sülhməramlı adı altında bölgəyə Suriyada və Çeçenistanda döyüşən muzdluları gətirir: Moskva bölgədə çirkin oyunlara başlayıbmı?

0
1120

Rusiya sülhməramlı adı altında Suriyada və Çeçenistanda döyüşən və xüsusi qəddarlığı ilə pis ad çıxaran muzdluları Azərbaycana gətirir. İndiyədək 20-25 təyyarə ilə təxminən 6 min nəfərə yaxın qəddarlığı ilə ad çıxaran muzdlu sülhməramlı adı altında Azərbaycana gətirilib. Halbuki sənəddə cəmisi 1960 sülhməramlıdan söhbət gedir. Belə başa düşmək olar ki, buna nəzarət edən yoxdur. Belə ehtimla etmək olar ki, Suriyada və Çeçenistanda döyüşlərdə iştirak edən və istər dinc əhaliyə, istərsə də hərbçilərə qarşı xüsusu amansızlığı ilə seçilən muzdluların sülhməramlı adı altında bölgəyə gətirilməsi Rusiyanın çirkin niyyətlərindən xəbər verir. Bunun qabağını kim alacaq, niyə bu məsələ rəsmilərimiz tərəfindən gündəmə gətirilmir? Bunu başa düşə bilmirəm. Sülhməramlının 360 zirehli texnika, onlarla helikopter nəyinə lazımdır? Sonra Ermənistana 5 kilometrlik koridor verilməsindən məqsəd nədir? Onda bizə də Mehridən 5 kilometrlik koridor versinlər. Amma verməyəcəklər. 5 kilometrlik koridor Laçının az qala yarısı deməkdir.  Koridor olar maksimum 50-100 metr. Zənnimcə, bu da Rusiyanın yeni işğal oyunu hesab edilə bilər. Niyə rəsmilərimiz 5 kilometrlik koridorun Rusiyanın nəyinə lazım olduğunu müzakirəyə çıxarmır. bunun səbəbini soruşmur, araşdırmır və buna etiraz etmirlər. Bax bunu başa düşmək çətindir. Sonda əmin olmaq istəyirəm ki, rəsmilərmiz, müvafiq qurumlarımız diqqəti cəlb etdiyim məsələləri nəzarət altına götürərək onunla ciddi məşğul olacaqlar.

Əziz Mustafa

BIR CAVAB BURAXIN