Rusiya senatorundan Kataloniya və Qarabağ separatçılarına dəstək

0
649
 

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumunu dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Kosaçev özünün “Facebook” səhifəsində bu haqda yazıb.

“Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etməsindən o vaxta qədər vacibdir ki, tərəflərin heç biri güc tətbiq etməsin. Əgər İspaniya hakimiyyəti əvvəlki kimi kataloniyalıları separatçı, yaxud indi gördüyümüz kimi terrorçu hesab edəcəksə, dialoq təkcə polis tərəfindən bağlanmayan səsvermə məntəqələrinin sayı barədə aparılacaqsa münaqişə daha da dərinləşəcək, müstəqillik tərəfdarlarının ayaqları altında zəmin daha da möhkəmlənəcək”-Rusiya senatoru yazıb.

Konstantin Kosaçev əlavə edib ki, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya “xalqlarının” öz müqəddəratın təyin etməyə tam hüquqları var idi. Senator Krımın Ukraynadan ayrılıb Rusiyaya birləşdirilməsinə də haqq qazandırıb və yazıb ki, buna Kiyevdə “silahlı millətçilərin nümayişkarənə şəkildə güc tətbiqi ilə hədələməsi” gətirib çıxardı. “Ukraynanın cənub-şərqində davam etməkdə lan hərbi zərbələr də Luqansk və Donetskin Kiyevdən beləcə ayrılmasına gətirib çıxara bilər”-o, xəbərdarlıq edib.

Xatırladaq ki, Qərb KİV-lərinin yazdıqlarına görə Kataloniyada alovlanan separatizmdə Rusiyanın əli var.

BIR CAVAB BURAXIN