Rusiya seçkiləri: sensasiya yoxdur, bəs azərbaycanlı deputatlar niyə təəccüblənib…

0
583

Rusiya Dövlət Dumasındakı 450 yerdən 225-nə seçkilər proporsional, qalan 225-nə majoritar əsasda keçirilir. Seçkilərin ilkin nəticələrinə əsasən heç bir sensasiya baş verməyib və səslərin əksəriyyətini hakim partiya qazanıb. Baxmayaraq ki, bu seçkilər Rusiyada ciddi sosial-iqtisadi çətinliklərin yaşandığı bir vaxtda keçirilir. Dövlət Dumasında qalan yerləri bölüşdürənlər formal olaraq müxalifət partiyaları hesab edilsələr də onlar prinsipial məsələlərdə Kremlin mövqeyinə uyğun hərəkət edirlər.

Seçkiləri MDB müşahidə missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatları Asəf Hacıyev və Musa Quliyev də izləyiblər. Onlar Tatarıstanda səsvermə prosesini müşahidə ediblər. Asəf Hacıyev 15 məntəqədə səsvermən izləyib və Tatarıstan KİV-ləri xəbər verir ki, o, seçkilərin şəffaflıq dərəcəsindən təəcüblənib. Çünki namizədlər haqqında bütün məlumatlar, o cümlədən gəlirləri və daşınmaz əmlakları barədə bütün məlumatlar təqdim olunmuşdu.

Musa Quliyevi isə xüsusən elektron səsvermə təəcübləndirib. O, 11 məntəqədə seçkiləri izləyib və deyib ki, xüsusən elektron səsverməni qeyd etmək istərdi. “Bu təcrübəni öyrənmək və tətbiq etmək lazımdır”-Musa Quliyev deyib.

BIR CAVAB BURAXIN