Rusiya Şərqi Avropa və MDB məkanında narıncı inqilablar ssenarisini işə salacaq

0
679

Rusiya Şərqi Avropada narıncı inqilablar 11

hazırlayır.

 

Bu sözləri Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

 

Onun sözlərinə görə, Monteneqrodakı çevriliş cəhdinin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır:

 

“Kremlin antiamerika paranoyası onları dost olmayan ölkələrdə daxili konfliktlər yaratmağa məcbur edir. Hər şey Ukraynanın cənub-şərqindəki toqquşmalardan, Krımın və Donbasın işğalından başladı. Bir müddət öncə isə Rusiya xüsusi xidmət orqanları Monteneqroda daxili konflikt yaradaraq, çevrilişə cəhd etmək istədilər. Məncə, eyni fəaliyyəti onlar Latviya, Estoniya, Moldova, hətta bəlkə də Belarus, Qazaxıstan, Bolqarıstan, Litva və digərlərində də aparırlar”.

Axar.az

BIR CAVAB BURAXIN