Rusiya Polşaya qarşı sanksiyalar tətbiq edə bilər

0
579

Rusiya Federasiyası sovet əsgərlərinə ucaldılan abidələrin sökülməsi ilə bağlı bir çox Polşa rəsmilərinə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edə bilər.

Mediainfo.az-ın Vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Vladımır Cabbarov deyib. Onun sözlərinə görə Polşadakı sovet əskərlərinə qoyulan abidələrin sökülməsində iştirak edən rəsmilərlə bağlı sərt addımlar atılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Varşavadakı Skarışev parkında Qızıl ordunun şərəfinə ucaldılan minnətdarlıq abidəsinin sökülməsinə hazırlıq başlanılıb. Bu isə Rusiyada əsəbiliklə  qarşılanıb. 2017-ci ildə Polşada kommunizmin təbliğinin qadağan edilməsi barədə qanun qəbul edilib. Qanuna əsasən kommunizmin və totalitar rejimin nişanələri hesab edilən sovet əskərlərinə qoyulan abidələr söküləcək.

Əziz Mustafa

 

 

 

 

BIR CAVAB BURAXIN