Moldova prezidenti İqor Dodon, Konstitusiya Məhkəməsinin qərarını qanunsuz adlandıraraq, öz fəaliyyətinə davam edəcəyi haqda bəyanat verib. Məsələ burasındadır ki, Moldova Konstitusiya Məhkəməsi prezidentin bir sıra səlahiyyətlərini əlindən alıb.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politoloqiya Mərkəzinin eskperti, politoloq Ağa Zeynalovun fikrincə, bu İqor Dodonun mübarizəyə hazır olduğunun göstərir:
“Ancaq unutmaq lazım deyil ki Moldovada qərbpərəst baş nazirin mövqeləri daha güclüdür. Rusiya İqor Dodonu dəstəkləməyə davam edir. Əgər Moldovada vəziyyət sabitləşməsə Rusiya Qaqauziyadaki separatizm hərəkatını aktivləşdirəcək. Çox maraqlıdır ki, Moldova Prezidenti yeni il çıxışını Qaqauziyadan edib”.
Ağa Zeynalov Qaqauziyada bir sıra ekspertlə əlaqə saxladığını və bu muxtar bölgədə vəziyyətin hər an gərginləşə biləcəyini vurğulayıb: “Rusiya Qaqauziyada növbəti separatizm ocağı yaratmağa çalışır”.