Rusiya Lukaşenkonu cəzalandırmağa başladı: İnək…

0
601


 

Rusiya Belarusun Minsk vilayətindən inək ətinin tədarükünə qadağa qoyub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano söyləyib. O, qadağanın fevralın 6-dan tam tətbiq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, son günlər Belarusla Rusiya arasında münasibətlər gərginləşib. Dünən Belarus Prezidenti Aleksandr Lukaşenko daxili işlər nazirinə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Sergey Dankvertə cinayət işinin açılması haqqında əmr verib. O, Dankverti Belarus dövlətinə ziyan vurmaqda ittiham edib.

 

BIR CAVAB BURAXIN