Rusiyadan gələn kiberhücum təhlükəsi NATO-nu sərt cavab addımları atmağa məcbur edəcək. Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Axios portalına verdiyi açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, kiberhücuma görə NATO nizamnaməsinin 5-ci maddəsi işə salınacaq. 5-ci maddədə deyilir ki, NATO üzvü olan hər hansı ölkəyə hücum quruma daxil olan dövlətlərin hamısına hücum kimi baxılacaq.
Stoltenberq deyib ki, bütün hallarda Rusiyadan gələn hər hansı təhlükə, o cümlədən kiberhücum əsaslı şəkildə araşdırıldıqdan sonra qərar qəbul ediləcək və bu məsələdə tələskənliyə yol verilməyəcək.